ZM-lərn təyin
edilməsi üçün subyektiv və obyektiv üsullardan istifadə olu-nur.
Subyektiv
üsulda ZM-lərin rənglərindən, iylərindən və zəhərlənmə əlamətlə-rindən istifadə
olunur. Lakin bəzi ZM-lərin nə rəngi, nə də iyi olur və həmçinin, onlarla
təmasda olmaq çox təhlükəlidir.
Obyektiv üsulda
ZM-lər cihazlar (ASP avtomat siqnalizatoru, QSP-11 avto-mat qaz siqnalizatoru,
QSA-12 avtomat qaz siqnalizatoru, VPXR qoşun kimyəvi kəşfiyyat cihazı, PPXR
yarımavtomat kimyəvi kəşfiyyat cihazı, PRXR radiasiya və kimyəvi kəşfiyyat
cihazı, UQ-2 (UQ-3) universal qaz analizatoru, yarımavto-mat qaz təuinedicisi
PQO-11, PXR-MV tibbi xidmətin kimyəvi kəşfiyyat cihazı və s.), stasionar və
səyyar (AL-4, PXL-54) laborotoriyaları vasitəsilə təyin edilir. Obyektiv üsul
əsasən kimyəvi, fiziki, fiziki-kimyəvi və biokimyəvi üsullardan iba-rətdir.
Kimyəvi üsulda kalorimetrik reaksiyalardan (rəngin dəyişməsi ilə
nəticələnən reaksiyalardan) istifadə olunur.
Biokimyəvi
üsulda ZM-lərin fermentlərə təsirindən istifadə olunur.
Bu üsul-da da ZM rəng dəyişməsinə əsasən aşkar olunur.
Fiziki üsul maddələrin ərimə, qaynama, donma temperaturunun,
sıxlığının, doymuş buxar təzyiqinin, elektrik keçiriciliyinin, optiki və s.
xassələrinin təiyn edilməsinə əsaslanır.
Fiziki-kimyəvi üsulla
ZM-lərin təyin edilməsində ən çox, ionlaşma və xro-matoqrfiya üsullarından
istifadə olunur. İonlaşma üsulu ZM-lərin
b-şüalarla (Pm147)
şüalandırılması nəticəsində yaranan ionlaşma cərayanının ölçülməsinə əsaslanır.
Xromatoqrafiya müxtəlif maddələrin eyni sorbentdə müxtəlif dərəcədə udulması,
yaxud maye – maye və ya qaz – maye fazaları arasında müxtəlif sürətlə
paylanması prinsipinə əsaslanır.
Radiasiya şəraiti dedikdə, yerin, havanın, suyun, texnikanın, müxtəlif ob-yektlərin radioaktiv tozla
zəhərlənməsi nəticəsində əmələ gəlmiş şərait başa dü-şülür.
Radiasya şəraitinin qiymətləndirilməsi dedikdə, radioaktiv zəhərlənmənin obyektlərin, MM qüvvələrinin və əhalinin fəaliyyətinə təsirini təyin edən əsas tapşırıqların həlli başa düşülür.
Radiasiya şəraitinin qiymətləndirilməsi iki üsulla: proqnozlaşdırma və kəş-fiyyat üsulu ilə həyata keçirilir.
Obyektin MM qərargahında radiasiya şəraiti adətən, kəşfiyyat vasitəsilə aşkar edilir və kəşfiyyat məlumatları əsasında qiymətləndirilir.
Kımyəvi şərait dedikdə, QKTM olan obyektlərin qəzası, yaxud kimyəvi sila-hın tətbiqi nəticəsində yaranmış şərait başa düşülür.
Kimyəvi şəraitin qiymətləndirilməsi dedikdə, qəza-kimyəvi təhlükəli, yaxud zəhərləyici maddələrlə zəhərlənmə miqyasının və xarakterinin təyin edilməsi, ya-ranmış şəraitin əhalinin, MM qüvvələrinin və obyektlərin fəaliyyətinə təsirinin qiymətləndirilməsi, fəaliyyətin ən məqsədəuyğun variantının müəyyən edilməsi başa düşülür.
0 comments:
Post a Comment