Hesab məntiq qurğusu (HMQ) aşağıdakı
qovşaqlardan ibarətdir:
Əməliyyat bloku, operandlar registrləri, əlamətlər registri, akkumulyator.

Əməliyyat bloku (Əməl.B). Əməliyyat bloku HMQ-nin girişinə verilən
operandların üzərində hesab və məntiq əməllərini yerinə yetirən hissəsidir. Əməliyyat
bloku üçün mümkün əməliyyatlar siyahısından konkret əməliyyatın seçilməsi əmrlər
əməliyyatının kodu ilə təyin olunur. Hesablama maşınlarında əməliyyatın kodu
bilavasitə əmrlər registrindən daxil olur. Real maşınlarda əməliyyatın kodu əksər
hallarda mikroproqramlı avtomatla başqa formaya çevrilir və artıq MPA-dan
HMQ-ya daxil olur. Müasir HMQ-lərin əməliyyat blokları kombinasiyalı sxemlər
kimi quraşdırılır, yəni onlar daxili yaddaşa malik deyillər və nəticə
operandların saxlanması anına qədər blokun girişində olmalıdır.
Operandlar registrləri. RX və RY registrləri
operandların əməliyyat blokunun girişində saxlanmasını əməliyyatın nəticəsinin
alınmasına və yazılmasına qədər təmin edir.
Əlamətlər registri. Məntiqi yaxud hesabi əməliyyatların sonuncu nəticələrini xarakterizə edən əlamətlərin saxlanılması və qeyd edilməsi üçün əlamətlər registri nəzərdə tutulur. Belə əlamətlər nəticənin sıfra bərabər olması,nəticənin işarəsi, böyük mərtəbədən keçid baş verməsi, mərtəbə setkasının əlavə dolması və i.a haqqında məlumat verə bilər. HMQ-nin əməliyyatlarının nəticəsinə görə şərti keçidlərin realizasiyası üçün idarə qurğusu adətən əlamətlər registrindəki olan informasiyadan istifadə edir.Mümkün hər bir əlamətlər altında bir mərtəbə əlamətlər registri ayrılır. Əlamətlərin formalaşması əməliyyat blokuna daxil ola bilən əlamətlər registrinin vəziyyətinin formaya salınması bloku ilə həyata keçrilir.

0 comments:
Post a Comment