Fərdi mühafizə vasitələri (FMV) təyinatlarına uyğun olaraq, tənəffüs üzvlə-rini, üzü, gözləri, dəri örtüyünü, paltarı, ayaqqabıları, şəxsi ləvazimatları zəhərlə-yici və qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozlardan (maddələrdən), bakterial (bioloji) aerozollardan, nüvə partlayışının işıq şüalanmasından qoru-maq üçündür. FMV həmçinin, qısa bir müddətdə yandırıcı maddələrin və açıq alovun təsirindən də mühafizəni təmin edir.
Fərdi mühafizə vasitələrini təyinatlarına görə 4 qrupa bölürlər:
-
tənəffüs üzvlərinin fərdi mühafizə vasitələri;
-
gözlərin fərdi mühafizə vasitələri;
-
dərinin fərdi mühafizə vasitələri;
-
tibbi fərdi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin
fərdi mühafizə vasitələri
Tənəffüs üzvlərinin fərdi mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar, KDP əlavə patron komplekti, DPQ-1,
DPQ-3 əlavə patronlar, hopkalit
patron DP-1 və tənəffüs üzvlərinin sadə fərdi mühafizə vasitələri aiddirlər.
Əleyhqazlar tənəffüs üzvlərini, üzün dərisini, gözləri zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozdan, bakterioloji (bioloji) aerozollardan, müxtəlif zərərli qarışıqlardan mühafizə etmək üçündür.
Əleyhqazlar mühafizə prinsiplərinə görə süzücü və təcridedici növlü olurlar.
Süzücü əleyhqazların mühafizə prinsipi zərərli qazların və buxarların aktivləşdirilmiş kömür-katalizatorda udulmasına və aerozollar əleyhinə süzgəcdə (filtrdə) mexaniki təmizlənməsinə əsaslanır. Süzücü əleyhqazlar havada oksigenin həcmcə miqdarı 17%-dən çox olduqda tətbiq olunurlar.
Süzücü əleyhqaz süzücü-uducu qutudan (elementlərdən) və üz hissəsindən ibarətdir. Əleyhqazın tərkibinə çanta və tərləməyən plyonkalar da daxildirlər. Bunlardan başqa, əleyhqazın markasından asılı olaraq, onun dəstində hidrofob örtük, danışıq quruluşu üçün membranlar, su keçirməyən kisə, su qabı üçün klapanlı qapaq və birka olur. Qışda əleyhqazın dəstinə qızdırıcı manget əlavə olunur.
Hal-hazırda MM sistemində böyüklər üçün QP-5, QP-5M, QP-7, QP-7V, QP-7VM, ICAN
20-100, ZM-6800, MP-5u, uşaqlar
üçün PDF-7, PDF-Ş, PDF-D və s. markalı
süzücü
əleyhqazlardan,
1,5 yaşına
qədər
olan körpələr
üçün isə süzücü
əleyhqaz
rolunu
oynayan
KZD-6 (KZD-4) uşaqları
mühafizə
kamerasından
istifadə
edilir.
Süzücü əleyhqaz QP-5
süzücü-uducu
qutudan (QP-5) və üz hissəsindən
(ŞM-62, ŞM-62u, ŞM-66Mu) ibarətdir. Bunlardan
əlavə, əleyhqazın
dəstinə
çanta
və tərləməyən
plyonkalar (6 ədəd – bir metal
qutuda) daxildir.
0 comments:
Post a Comment