Monday, August 6, 2018

Kommunal-enerji xətlərində qəzalar

Kommunal-enerji xətlərində baş verən qəzalar adi bir hala çevrilib. Su, elektrik, qaz, istilik təchizatı və kanalizasiya sistemlərinin böyük bir ərazidə sıradan çıxması, bəzən fövqəladə halların yaranmasına səbəb olur.
Su təchizatı sistemində - istər su xətlərində, istərsə də texniki arınaturada ən müxtəlif qəzalar baş verir və sistem– də təzyiqin düşməsi nəticəsində yaşayış məntəqələrinin, ya– xud ayrı–ayrı rayonların su təminatı pozulur, çox vaxt tam kəsilir.
Su təchizatı sistemində qəzalar əsasən, açıq su mənbə– lərinin və su quyularının suyığıcılarında (sifon borularının kipliyinin pozulması, tənzimləyici qurğuların zədələnməsi, süzgəclərin, boruların qopması, quyunun və ya onun süzgə– cinin çirklə tutulması və s.), nasos stansiyalarında (nasosun, onun kommunikasiya ilə birləşmə yerlərinin, armaturaların, ventillərin zədələnməsi və s.), təmizləyici və köməkçi qurğu– larda, paylayıcı xətlərdə və təzyiq qüllələrində baş verir.
Qəza nəticəsində zirzəmilər, tunellər, telefon, elektrik və istilik xətləri subasmaya məruz qalırlar, sürüşmə təhlükə– li ərazilərdə sürüşmələr baş verir və s.
Yeraltı su boruları zəlzələlər, sürüşmələr, korroziya və digər səbəblərdən sıradan çıxır. Metal borularda qəzaların əsas hissəsi onların korroziyası nəticəsində baş verir.
Analiz göstərir ki, qəzaların çoxu su borularının bir– ləşdiyi yerlərdə baş verir.
Elektrik enerjisinin kəsilməsi və su nasoslarının da– yanması nəticəsində təzyiq altında işləyən boru kəmərlərində hidravlik zərbələr yaranır. Hidravlik zərbələrin təsirindən isə boru kəmərlərinin ən müxtəlif yerlərində parçalanmalar baş verir.
Kanalizasiya sistemində qəzalar ən çox kollektorlarda və kanalizasiya xətlərində baş verir. Onların sıradan çıması nəticəsində çirkli sular su xətlərinə düşərək infeksion və di– gər xəstəliklərin baş verməsinə, ətraf ərazilərin, mühitin çirklənməsinə səbəb olur. Vurma (çirkli suların vurulması) stansiyalarında baş verən qəzalar çox vaxt ətraf ərazinin çirklənməsinə səbəb olur.
Qaz təchizatı sistemində baş verən qəzalar çox vaxt çoxsaylı insan itkiləri, bina və qurğuların dağılması ilə nəti– cələnir. Qəzaların çoxu qaz xətlərinin köhnəlib korroziyaya uğraması, birləşmə yerlərində kipliyin olınaması, qaz cihazlarının istifadəsində səhlənkarlıq və s. səbəblər nəticəsində baş verir.
Elektrik təchizatı sistemində baş verən qəzalar obyektlərin işinin və insanların həyat fəaliyyəti ritminin pozulmasına səbəb olur. Elektrik xətlərində baş verən qəzalar çox vaxt qısaqapanma və yanğınla nəticələnir. Demək olar ki, bütün təbiət hadisələrində (zəlzələlər, subasmalar, sürüşmələr, qasırğalar, tufanlar, güclü qar yağıntıları və s.) elektrik xətlərinin sıradan çıxması müşahidə olunur, yaşayış məntəqələri, çoxsaylı iqtisadiyyat obyektləri enerjisiz qalır.
İstilik sistemlərində (stansiyalarında, xətlərində) baş verən qəzalar bir qayda olaraq, əhalinin normal həyat fəaliyyətinin və obektlərin normal iş rejiminin pozulmasına səbəb olur. İstilik sisteminin işinin dayanması çox vaxt, onun enerji ilə təchizatımn pozulması nəticəsində baş verir.

0 comments:

Post a Comment