Thursday, August 30, 2018

Kimyəvi silah




Kimyəvi silah zəhərləyici maddələr və onların tətbiq vəsaitləridir.
Zəhərləyici maddələr (ZM-lər) canlı qüvvəni sıradan çıxaran, məhv edən, müxtəlif təsir xarakterinə malik olan yüksək toksiki maddələrdir.
ZM-lər fiziki, kimyəvi, toksiki xassələrinə, taktiki və tədris-metodiki cəhətlə-rinə görə təsnif olunurlar.
ZM-lər insan orqanizminə toksioloji təsiri görə altı qrupa bölünürlər: əsəb-iflic, ümumi zəhərli, dəri yaraaçan, boğucu, psixokimyəvi qıcıqlandırı-cı təsirli zəhərləyici maddələr.

Əsəb-iflic təsirli zəhərləyici maddələr

Bu qrupa V-qazlar, zarin və zoman növlü fosfor-üzvi ZM-lər daxildirlər. Bunlar mərkəzi sinir sisteminə tez bir zamanda təsir edən, yüksək toksiki zəhərləyici maddələrdir. İnsanlara nəfəs və qida yolları ilə, dəridən keçməklə təsir edirlər.  Bu ZM-lərin orqanizmə toksiki təsir mexanizmi onların hüceyrələrdə gedən reaksiyaya təsiri ilə, yəni onların xolinesterazın aktivliyini məhdudlaşdırması, onun asetilxolinlə reaksiyasına mane olması ilə izah olunur.
 V-qazlar, zarin və zoman rəngsiz, iysiz mayedirlər.
Qaynama tempraturu: V-qazlar üçün 300 0S, zoman üçün 190 0S, zarin üçün isə 151 0S-dir.
Döyüşdə aerozol, yaxud damcı-maye halında tətbiq edilirlər.
hərlənmə əlamətləri:           
-  yüngül zəhərlənmədə: göz bəbəyinin büzüşməsi (mioz), baş ağrısı, təngənə-fəslik, sinə sıxıntısı, iştahın olmaması, tərləmə, narahatçılıq, yuxusuzluq, huşsuz-luq;
-  orta ağırlıqlı zəhərlənmədə: yüngül zəhərlənmədə olan əlamətlər özlərini daha güclü şəkildə büruzə verir, bundan əlavə qıcolma, qusma, güclü öskürmə, cpazmalar müşahidə olunur;
-  ağır zəhərlənmədə: göz bəbəyinin reaksiyasının itməsi, bəbəklərdə güclü ağrılar, güclü baş ağrısı, qıcolma, boğulma. Ağır zəhərlənmə ölümlə nəticələnir.
İlk kömək:
-  zəhərlənənə əleyhqaz geydirmək (əgər üzün dərisinə ZM damcısı düşübsə, əvvəlcə üzü İPP ilə təmizləmək);
-  «şprits-tyubik» ilə antidot vurmaq (yaxud taren həbləri qəbul etmək);
-  zərərçəkəni zəhərli atmosferdən cıxartmaq;
-  əgər 10 dəq ərzində qıcolma keçməsə, antidotlu iynəni təkrar vurmaq;
-  ZM dəriyə düşdükdə İPP ilə yumaq;
-  ZM mədəyə düşdükdə qusmaq, mədəni yemək sodasının 1%-li məhlulu, yaxud təmiz su ilə yumaq;
-  ZM gözə düşdükdə gözləri yemək sodasının 2 %-li məhlulu, yaxud təmiz su ilə yumaq;
-  zəhərlənəni tibbi məntəqəyə çatdırmaq.
Mühafizə vasitələri: əleyhqazlar, dərinin məhafizə vasitələri, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı hermetik texnikalar, sığınacaqlar.

 

ridə yaraaçan  zəhərləyici  maddələr

Bu qrupun ən tipik nümayəndəsi ipritdir (HD).
Təmiz iprit rəngsiz, yağtəhər, sarımsaq iyli mayedir. Texniki iprit tərkibin-dəki qarışıqlardan asılı olaraq, sarı, sarı-qəhveyi rəngli ola bilər. Qaynama tem-peraturu 217 0S, donma temperaturu (-14,4) 0S-dir. Uçuculuq qabiliyyəti kiçik, dayanıqlığı çoxdur.
İprit universal hüceyrə zəhəri olub, hüceyrənin və toxumaların məhvinə sə-bəb olur. Mədəyə düşdükdə öldürücü doza 0,1 qramdır. İprit buxarlarının hava-da 0,1 q/m3 qatılığında gözlər kor ola bilər.

Bakterioloji (bioloji) silah

Bakterioloji (bioloji) silah mikrobların – yoluxucu xəstəlik törədicilərinin köməyi ilə insanların, heyvanların və bitkilərin xəstələnməsinə, məhvinə səbəb olan kütləvi qırğın silahıdır. Bakterioloji (bioloji) silahın zədələyici təsiri döyüş məqsədi üçün xüsusi olaraq seçilmiş, insan orqanizminə, heyvanlara, bitkilərə keçdikdə ağır yoluxucu xəstəliklərə səbəb ola biləcək patogen mikrobların on-ların həyat fəaliyyəti məhsullarının xəstəlik törədici xassələrinə əsaslanır.
Mikroblar ölçülərindən, quruluşlarından bioloji xassələrindən asılı olaraq siniflərə bölünürlər. Bunlardan bakteriyalar, viruslar, rikketsiyalar göbələklər hərbi məqsədlər üçün daha böyük əhəmiyyət kəsb edirlər.
Bakteriyalar (ancaq mikroskop altında görünən, ölçülərinə formalarına görə müxtəlif olan, sadə bölünmə yolu ilə çoxalan bir hüceyrəli mikroorqanizm-dirlər. Onlar günəş şüalarının, dezinfeksiya resepturalarının, yüksək tempera-turun (60 0S-dən çox) təsirindən asanlıqla və tez bir zamanda məhv olurlar.
Viruslar (viruslatınca zəhər deməkdir) ölçülərinə görə ən kiçik bakteriya-lardan belə çox-çox (təqribən 50 dəfə) kiçik olan mikroorqanizmlərdir.
Viruslar bakteriyalardan fərqli olaraq canlı toxumaların hüceyrələrində in-kişaf edirlər, buna görə də, onları hüceyrədaxili parazitlər adlandırırlar. Virus-lar təbii çiçək, sarı qızdırma və s. xəstəliklərə səbəb olurlar.
Rikketsiyalar (amerikalı alim H.T. Rikketsin şərəfinə adlandırılıb) ölçüləri- görə bakteriyalar və viruslar arasında orta vəziyyət tutan mikroorqanizmdir-lər. Mübahisəli formaya keçmirlər, lakin qurudulmaya, soyuğa 56 0S- qədər tempratura davamlıdırlar. Rikketsiyalar Ku-qızdırma, səpmə tif s. xəstəliklərə səbəb olurlar.
bələklər bakteriyalardan quruluşlarının daha çox mürəkkəbliyinə görə və çoxalma üsulları ilə fərqlənən bir- çoxhüceyrəli bitki mənşəlli mikroorqanizm-dirlər. Göbələklərin mübahisəli forması qurudulmaya, günəş şüalarının dezin-feksiya resepturalarının təsirinə davamlıdırlar. Patogen göbələklər daxili üzvlərin ağır və uzunmüddətli xəstəliklərinə səbəb olurlar. Koksidioidomikoz, histoplaz-moz belə xəstəliklərdəndir.
Mikroblu toksinlər bəzi bakteriyaların həyat fəaliyyəti məhsulu olub, yüksək toksiki xassəyə malikdirlər.

0 comments:

Post a Comment