Friday, August 31, 2018

Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması


Fövqəladə halların nəticələrinin aradan qaldırılması - fövqəladə hallarda zərərçəkmiş insanların xilas edilməsi, onlara tibbi köməyin göstərilməsi, qəzaların lokallaşdırılması və aradan qaldırılması, mümkün ola biləcək itki və zərərlərin həcminin azaldılması, növbəti bərpa işləri üçün şəraitin yaradılması məqsədilə həyata keçirilən qəza–xilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ–nin) yerinə yetirilməsidir.
Qəza-xilasetmə işlərinin məqsədi zərərçəkmiş insanların axtarışı, qəza baş vermiş yerlərdən çıxarılması, xilas edilməsi, onlara ilk tibbi və ilk həkim köməyinin göstərilməsi, müalicə müəssisələrinə göndərilməsidir.
Qəza-xilasetmə işlərinə aiddir:
· MM dəstələrinin hərəkət marşrutlarında və qəza–xilasetmə işləri keçiriləcək yerlərdə kəşfıyyatın aparılması;
· hərəkət marşrutlarında və qəza–xilasetmə işləri keçiriləcək yerlərdə yanğınların lokallaşdırılması və söndürülməsi;
· fövqəladə hadisələr nəticəsində yaranmış və xilasetmə işlərinin keçirilməsinə mane olan təhlükəli amillərin ara-dan qaldırılması, yaxud mümkün ola bilən minimal səviyyəyə qədər azaldılması;
· zərərçəkmiş insanların axtarışı, onların dağıntılar altından, zədələnmiş və yanan binalardan, su basmış. tüstü və zəhərli qazlar olan yerlərdən çıxarılması;
· uçqunlar altında qalmış mühafızə qurğularına, ınsanlar olan digər qapalı yerlərə havanın verilməsi.:
· zərərçəkmiş insanlara ilk tibbi və ilk həkim köməyinin göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;
· əhalinin təhlükəsiz yerlərə çıxarılması;
· insanların sanitar təmizlənməsi, onların geyimlərinin, zəhərlənmiş ərazinin, qurğuların, texnika və avadanlıqların xüsusi təmizlənməsi, heyvanların veterinar təmizlənməsi.
Digər təxirəsalınmaz işlərin məqsədi qəza-xilasetmə işlərinin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılması, ikinci zədələyici amillərin yarada biləcəyi zərərlərin qarşısının alınması, obyektlərin və zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin edilməsidir.
Digər təxirəsalınmaz işlərə aiddir:
· uçqunlarda, zəhərlənmiş yerlərdə keçidlərin və yolların salınması;
· qaz, su, elektrik enerjisi, kanalizasiya və texnoloji xətlərdə qəzaların lokallaşdırılması;
· uçma təhlükəsi olan, hərəkətin və xilasetmə işlərinin keçirilməsinin təhlükəsizliyinə mane olan binaların və qurğuların möhkəmləndirilməsi, yaxud uçurdulması;
· xilasetmə işlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rabitə, kommunal–enerji xətlərinin təmiri və bərpası;
· partlayış təhlükəli adi sursatların axtarışı və zərərsizləşdirilməsi;
· insanların yenidən baş verə biləcək təhlükələrdən qorunması üçün mühafizə qurğularının təmiri və bərpası.
Xilasetmə işlərinin təşkili yaranmış şəraitdən, tapşırıqların xarakterindən və xilasetmə işlərinə ayrılan vaxtdan asılıdır.
QXDTİ–nin müvəffəqiyyətlə həyata keçirilməsi üçün aşağıdakılar təşkil olunmalı və yerinə yetirilməlidir:
1. İdarəetmə orqanlarının, MM qüvvə və vəsaitlərinin əvvəlcədən FH-lar şəraitində fəaliyyətə hazırlanması, ehtimal olunan fəaliyyətin xüsusiyyətlərinin, QŞDTİ keçiriləcək obyektlərin, fəaliyyət sahələrinin və hərəkət marşrutlarının öyrənilməsi.
2. FH–lar baş verdikdə tez bir zamanda kəşfiyyatın təşkili və həyata keçirilməsi.
3. FH-lar baş verdikdə qısa bir vaxt ərzində MM qüvvə və vəsaitlər qruplaşmasının yaradılması, hazır vəziyyətə gətirilməsi və fəaliyyətə başlaması.
4. QXDTİ-nin keçirilməsində dayanıqlı idarəetmənin təşkili və həyata keçirilməsi.
5. Idarəetmə orqanları, MM dəstələri və QXDTİ aparan digər qüvvələr arasında qarşılıqlı əlaqənin təşkili və həyata keçirilməsi.
6. İdarəetmə orqanlarının və MM dəstələrinin şəxsi heyətinin mənəvi,-psixoloji cəhətdən hazırlanması.
7 . QXDTI-nin keçirilməsində müasir texnologiyaların tətbiqi, qüvvə və vəsaitlərin imkanlarından tam istifadə olunması, işlərin tam qurtarmasına qədər fəaliyyətin davam etdirilməsi, təyin olunmuş iş rejiminə və təhlükəsizlik qaydalarına əməl edilməsi.
8. MM qüvvə və vəsaitlərinin təyinatlarına görə tətbiqi.
9. Xilasetmə işlərində əhalinin fəal iştirakının təmin edilməsi və zərərçəkmişlərə tibbi köməyin göstərilməsi.

10. QXDTİ-nin keçirilməsinin fasiləsiz və hərtərəfli təmınatı.

0 comments:

Post a Comment