Sunday, August 5, 2018

İdarə qurğusunun elementləri

Əmrlər sayğacı, Fon Neymanın proqram idarəli prinsipi­nə uyğun quraşdırılmış istənilən HM-in idarə qurğusunun ayrıl­maz hissəsidir. Bu prinsipə uyğun olaraq proqramın qoşa əmr­lə­­­ri yaddaşın xanalarında ünvanlı ardıcıllıqla yerləşdirlir və HM-in yaddaşında yerləşdirilən qaydada həmin növbə ilə yeri­nə yetirilir. Beləliklə növbəti əmrin ünvanı cari oxunan xananın ün­­vanı­nın artırılması yolu ilə əldə edilir. Beləliklə rejimin re­a­li­­­zasi­yası proqramın növbəti əmrlərinin ünvanı saxlanılan iki­lik say­ğacla təmin olunur. Cari əmr qurtaran kimi proqram əmr­lər­i­­nin növbəti ünvanı həmişə əmrlər sayğacından götrülür. Əs­lin­də əmrlər sayğacı termini ümumi qəbul edilən olmasına bax­ma­yaraq, onun belə adlandırılması çox da uğurlu hesab olun­mur. Çünki bu qovşağın məsələləri haqqında doğru olma­yan tə­əs­­surat yaranır. Bu səbəbdən HM ilə işləyənlər bəzi hal­lar­da baş­qa adlanmalardan istifadə edirlər. Məsələn, proqram say­ğa­cı, yaxud əmrlər göstəricisi sonuncu adlanma idarə qurğusunun bu qovşa­ğı­nın vəziyyətinin təyinini daha düzgün əks etdirir. Nə­ti­cə­də əlavə olaraq onu qeyd etmək olar ki, bir sıra HM-lər­də əmr­lər sayğacı adi registr kimi realizə olunur.
Stek gös­tə­ricisi (SG). SG stekin təpəsinin ünvanı sax­la­nı­­lan registrdir. Real HM-lərdə stek əsas yaddaşın hissəciyi ki­mi re­a­li­zə olunur. Stekin dolması kiçilməsi istiqamətində baş ve­rir. Bu halda sonuncu yazma aparılan xana stekin təpəsi he­sab olu­nur. Belə xanaların ünvanlarının saxlanması üçün stek gös­tə­ri­ci­sindən istifadə olunur. Stekə yazma-1SG siqnalının qə­­bul ed­il­­məsi ilə həyata keçirilir. Buna push (stekə yazma) əmə­­liy­­ya­tı deyilir. Bu halda yerinə yetrilən əməliyyat zamanı ora­­da olan mə­lumat bir vahid azalır və bundan sonra ünvan ki­mi is­ti­fa­də olu­nur. Stekdə oxuma (yəni pop əməliyyatı) stek gös­­­təri­­ci­sin­də­ki cari ünvanı göstərən xanadan keçir. Sonra stek gös­­tə­ri­ci­sin­dəki məlumatı +1SG vahidi qədər artır. Beləliklə ste­­k­in tə­pə­si aşağı salınır və oxunmuş sözlər stekdən uzaqlaşdı­rı­­lır.
Yaddaşın ünvan registri (YÜRg). Bu zaman xanada oxu­ma ya­xud yazma qurtarana kimi əsas yaddaş xanasının ünvanı­nın sax­­lanması üçün bu elementdən istifadə olunur.
Əməliyyatın kodu deşifratoru (Əməl.KD). Əməl.KD əmə­li­­y­­yatın kodunu mikroproqramlı avtomatın (MPA) işləməsi üçün tə­ləb olunan formaya salır. İnformasiya kodlaşmadan son­ra MPA-nın birinci əmrinin ünvanına çevrilir. Bu mövqedən əmə­­li­y­­yat­ın kodu deşifratoru deyil, kod çevricisi kimi adlandır­maq da­ha düzgün olardı.
Əmrlər registri (Əmr.Rg). Qeyd olunduğu kimi əmrlər say­ğa­cı yaddaşda əmrlərin tutduğu yeri təyin edir. Ancaq onun nə­­dən ibarət olduğunu müəyyən etmir. Əmrin başlamasını yeri­nə ye­tirmək istəsək əvvəlcə onu yaddaşdan çıxarmalı və əmrlər re­gi­strinə yazmalıyıq. Buna əmrlərin seçilməsi etapı deyilir. Yal­­nız bu halda yəni əmrin əmrlər registrinə yüklənməsindən hə­­min məlumat pro­ses­sor üçün görünən hesab olunur. Bu əmr əmr­­lər registrində onun yerinə yetrilmə anına qədər saxlanılır. Bi­zə məlum olduğu kimi əmr iki sahədən ibarətdir: əməliyyatın ko­du sahəsi və ünvan sahəsi.
Elə bu səbəbdən əmrlər registrinə iki registrin çoxluğu ki­­mi baxılır: Əməliyyatın kodu registri (Əməl.KRg) və ünvan re­­­gist­ri (ÜRg).
Yaddaşın verilənlər registri (YVRg). YVRg-nin yaddaş qur­­ğusunun və saxlanılan informasiyanın istifadəçiləri vəmən­bə ro­lunu oynayan qurğular arasında cəld işləmə sürətini mü­va­zi­­nətləşdirmək­dən ibarətdir. Oxuma zamanı əsas yaddaşın xa­na­­­­­­­­­­sın­da­kı informasiya yaddaşın verilənlər registrində qeyd olu­nur.
Yazma zamanı isə yaddaş xanasında saxlanmalı olan in­for­­­masiya yerləşdirilir. Bir sözlə xanalara yazma və oxuma hal­la­rı uyğun olaraq ЧТЗУ və ЗПЗУ siqnalları ilə təyin olunur.
Mikroproqramlı avtomat (MPA). MPA idarə qurğusu­nun mərkəzi qurğusu hesab olunur. MPA idarəetmə siqnalları­nın ardıcıllığını formaya salır. MPA üçün ilkin informasiya ki­mi aşağıdakı göstəricilər xidmət göstərir:dekodlaşdırılmış əmə­­­liy­­yatın kodu, əvvəlki hesablamaların nəticəsini xarakterizə edən əlamətlərin vəziyyəti, o cümlədən cari proqramların qırıl­ma­­sı­na verilən xarici sorğular və qırılmaya xidmət olunma proq­­­ramına keçid.

0 comments:

Post a Comment