Monday, August 6, 2018

Nüvə silahı


Nüvə silahı zəncirvari reaksiyalarda izotopların nüvələrinin çevrilməsi nəticəsində ayrılan enerjiyə əsaslanan kütləvi qırğın silahıdır. Enerji nüvələrin bölünmə və sintez reaksiyalarında ayrılır.
Nüvə sursatlarının gücü ayrılan enerjinin miqdarı ilə təyin edilir trotil ekvivalenti ilə ifadə olunur.
Trotil ekvivalenti - trotilin elə miqdarıdır ki, onun partlayışının enerjisi göstərilən nüvə partlayışının enerjisinə bərabərdir.
Nüvə sursatları güclərinə görə 5 qrupa bölünürlər:
1.  Ən kiçik güclü – gücü 1kt-dan az olan sursatlar.
2.  Kiçik güclü  gücü 1-10 kt olan sursatlar.
3.  Orta güclü  gücü 10-100 kt olan sursatlar.
4.  Böyük güclü  gücü 100 kt-dan 1Mt-a qədər olan sursatlar.
5.  Çox böyük güclü – gücü 1Mt-dan çox olan sursatlar.
Nüvə partlayışı radioaktiv izotopların nüvələrinin çevrilməsində ayrılan enerji nəticəsində baş verən partlayışdır.
Nüvə partlayışları yerüstü, yeraltı, suüstü, sualtı, hava və yüksəklik nüvə partlayışlarına bölünürlər.

0 comments:

Post a Comment