Nəqliyyat
qəzalarına dəmiryol, avtomobil, hava, su nəqliyyatında, metroda, magistral boru
kəmərlərində və s. nəqliyyat vasitələrində baş verən qəzalar aiddirlər. Sərnişin
və yük qatarlarının, gəmilərin, magistral boru xətlərinin qəzaya uğraması çox
vaxt fövqəladə halların yaranması ilə nəticələnir.
Nəqliyyat
qəzalarında yaranan əsas zədələyici amillərə partlayış-zərbə dalğası, yüksək
temperatur, açıq alov, toksiki yanma məhsulları, toqquşmada və aşmada
konstruksiyanın elementləri, dekompressiyada oksigen çatışmamazlığı, su mühiti,
dekompressiyada və soyuq havalarda aşağı temperatur və s. aiddirlər.
Dəmiryol
nəqliyyatında qəzaların baş verməsinə əsasən, yolların və qatarların, siqnal
vasitələrinin nasazlığı, dispetçer səhvləri, qatarların relslərdən çıxması,
toqquşması, maneələrin üzərinə çıxması, maşinistlərin diqqətsizliyi və səhlənkarlığı,
təbii hadisələr (zəlzələ, qasırğa, çovğun, tozlu tufanlar, uçqunlar, sürüşmələr,
subasmalar, güclü yağışlar və s.), terror, hərbi münaqişələr və s. bu kimi
hadisələr səbəb olur.
Tezalışan,
partlayıcı, zəhərli və radioaktiv məddələrin daşınmasında baş verən dəmiryol qəzaları
daha təhlükəli olurlar.
Avtomobil
nəqliyyatında baş verən qəzaların 75 %–i yol hərəkət qaydalarının sürücülər tərəfindən
pozulması nəticəsində baş verir.
Avtomobil
nəqliyyatındakı qəzalara insanların və heyvanların vurulması, hərəkətsiz əşyaların
üzərinə çıxma, toqquşmalar, aşmalar, partlayışlar, yanğınlar və s.. aiddirlər.
Qəzaların çoxu sürücülər tərəfindən yol hərəkəti qaydalarının (YHQ) Pozulmasıdır
(yüksək sürət, yol işarələrinə fikir verməmək, əks istiqamətdəki hərəkət
zolağına çıxmaq, spirtli içkilərin təsiri altında avtomobilin idarə olunması və
s.). Qəzalara səbəb olan texniki nasazlıqlar arasında əyləc və sükan
sisteminin, təkərlərin, şinlərin, işıq sisteminin nasazlıqlarını qeyd etmək
olar.
Hər
il dünyada avtomobil qəzalarında həlak olanların sayı aviasiya fəlakətlərində
(katastrofalarında) həlak olanların sayından 10–15 dəfə çox olur.
Hava
nəqliyyatındakı qəzalara təyyarələrin və vertolyotların ayrı–ayrı
konstruksiyalarının dağılması, mühərriklərin, şassilərin sıradan çıxması, idarəetmə
sisteminin işinin pozulması, partlayışlar, yanğınlar, toqquşmalar, buzlaşma və
təyyarənin dağılması ilə müşahidə olunan ildırım vurma-· ları və s. aiddirlər.
Hava nəqliyyat vasitələrində baş verən qəzaların əsas səbəbi ayrı–ayrı
konstruksiyaların dağılması, mühərrikin, idarəetmə, rabitə, elektrik sistemlərinin
sıradan çıxması və 5. təşkil edir.
Təyyarələrdən
savayı vertolyot qəzaları da tez–tez baş verir. Dəqiq hesablamalara, ehtiyat tədbirlərinə
baxmayaraq kosmik gəmilərin qəzaları da baş verir.
Metropoliten
qəzalarından ən dəhşətlisi 1995–ci il oktyabrın 28-də Bakı şəhərində baş verib.
Erməni terrorçularının törətdiyi terror nəticəsində Bakı metrosunun sərnişin
qatarında törədilən partlayışda 289 nəfər (onlardan 28-i uşaq olub) həlak olub,
300-dən çox insan ciddi xəsarətlərə məruz qalıb.
İnsan
ölümü ilə nəticələnmiş digər metropoliten qəza–· ları 1902-ci ildə Parisdə (80
nəfər yanıb), 1975–ci ildə (43 nə– fər həlak olub) və 1987·ci ildə Londonda (31
nəfər həlak olub) baş verib.
Su
nəqliyyatında baş verən qəzaların çoxu qasırğa, fırtına, tufan, duman, gəmi
quruculuğunda, layihələndirmədə və istismarda buraxılan səhvlər nəticəsində baş
verir.
Bu
nəqliyyatında baş verən qəzalara saya (quma, rifə, torpağa) oturma, gəmilərin
toqquşması, aysberqlə toqquşmalar, aşmalar partlayışlar, yanğınlar və s.
aiddirlər.
Gəmi
qəzaları təbiət hadisələrinin təsirindən daha çox, insanların səhvi (layihələşdirmədə,
tikintidə, istismarda və s.) nəticəsində baş verir.
Toqquşmalar
nəticəsində baş verən qəzalar meteoşəraitin pisləşməsi və ekipajın səhvi nəticəsində
də baş verir. 31 avqust 1996-cı ildə Novorossiysk şəhəri yaxınlığında «Admiral
Naximov» gəmisinin «Petr Vasev» yük gəmisi ilə toqquşması ekipajların fəaliyyətlərinin
razılaşdırılmaması nəticəsində baş verib, 423 insan həlak olub. 10 aprel
1991–ci ildə Livorna şəhəri (italiya) yaxınlığında paromun tankerlə toqquşması
nəticəsində 140 nəfər həlak olub və s.
Neftdaşıyan
gəmilərin toqquşması daha böyük təhlükə kəsb edir. Belə ki, bu cür toqquşmalar
çox vaxt partlayış, yanğın və onlarla ton neftin su səthinə yayılması ilə nəticələnir.
Hər
il neftdaşıyan tankerlərin toqquşması - qəzası nəticəsində 300 min tondan çox
neft okean və dənizlərə axır, bu isə ekoloji fəlakətlərə (ilk növbədə, suda
canlıların məhvinə) səbəb olur.
Təhlükəli
yüklərin daşınma qaydalarının pozulması da ağır fəlakətlərə səbəb olur.
Müasir
dövrdə magistral neft və qaz kəmərləri neft və qaz nəqli üçün iqtisadi cəhətdən
əsaslandırılmış ən əlverişli nəqliyyat növüdür. Bununla bərabər, neftlə və ya
qazla doldurulmuş boru kəmərləri partlayış və yanğınla nəticələnən fövqəladə
hadisə mənbəyidir. Neft və qaz magistral boru kəmərlərinin layihələndirilməsində,
tikintisində və istismarında bütün təhlükəsizlik normalarına əməl edilsə də, təcrübə
göstərir ki, heç də həmişə qəza hadisələrindən qaçmaq mümkün olmur.
Neft
kəmərlərində baş vermiş qəza nəticəsində ətraf mühitin çirklənməsi, yanğın və
partlayışlar, qurğu və tikililərin dağılması, insanların məhvi baş verir,
iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər vurulur.
Neft
kəmərlərinin istismarı personal, əhali və ətraf mühit üçün müəyyən təhlükə
yaradır. Bu təhlükə magistral neft kəmərlərinin xüsusiyyətləri - neft kəmərlərinin
çox böyük uzunluğu, sistemdə olan təhlükəli maddənin kütləsinin böyüklüyü,
partlayış və yanğın təhlükəsi, insanlara ətraf təbii mühitin ekosisteminə zərərli
təsir göstərən bioloji aktivliyi ilə xarakterizə olunur.
Magistral
neft kəmərlərinin zədələnməsi 2 qrup amillərin təsirindən baş verir. Birinci
qrup amillər neft kəmərinin aparıcı qabiliyyətinin azalması, ikinci qrup isə təsirin
və yükün artması ilə əlaqədardır.
Neft
kəmərinin aparıcı qabiliyyətinin azalması boruların divarlarında deffektlərin
yaranması və metalların köhnəlməsi nəticəsində baş verir.
İkinci
qrup amillər istismar zamanı özünü göstərir (təzyiq, vurulan neftin və borunu əhatə
edən torpağın temperaturu, statistik və hərəkətdə olan yüklər, torpaq qatının
boruya təzyiqi, deformasiyası, seysmik təsirlər və s.).
Neft kəmərlərinə təsir edən xarici amillərə, onların yaxınlığında
aparılan təmir və tikinti işləri, ağır nəqliyyat vasitələrinin kəmərin üstünə
çıxması, sürüşmələr, zəlzələlər, partlayışlar və s. aiddirlər. Neft kəmərlərinin
yaxınlığında aparılan tikinti işləri ən çox rast gəlinən potensial təhlükələr
siyahısına aiddir. Aparılan analizlərin nəticəsi göstərir ki, yeraltı neft
borularının zədələnməsinə səbəb xarici amillərin təsirindən onlarda qaynaq
tikişlərinin ayrılması, çatların Və əzilmələrin əmələ gəlməsidir.
0 comments:
Post a Comment