Dərinin fərdi mühafizə vasitələri (DFMV) dəri örtüyünü, paltarı, ayaqqabı-ları, şəxsi ləvazimatları ZM-dən, QKTM-dən, BA-dan, radioaktiv tozdan və qis-mən, nüvə partlayışının işıq şüalanmasından qorumaq üçündür.
DFMV mühafizə prinsiplərinə görə 2 növ olurlar: təcridedici və süzücü.
Təcridedici DFMV-lərə L-1 yüngül mühafizə kostyumu, OZK ümumqoşun mühafizə komplekti, mühafizə kombinezonu və mühafizə kostyumu, süzücü DFMV-lərə isə ZFO-58 süzücü mühafizə paltarı, OKZK ümumqoşun kompleks mühafizə kostyumu aiddirlər.
L-1 yüngül mühafizə kostyumu insanın dəri səthini, paltarını, ayaqqabılarını zəhərləyici, qəza-kimyəvi təhlükəli maddələrdən, radioaktiv tozlardan və bakteri-al vasitələrdən qorumaq üçündür. L-1 mühafizə kostyumunun dəstinə gödəkcə, şalvar, əlcəklər və çanta daxildir.
L-1 yüngül mühafizə kostyumu 3 ölçüdə buraxılır.
Ümumqoşun mühafizə komplekti (OZK) insanların bədəninin dəri örtüyünü, paltarını, ayaqqabılarını, ləvazimatlarını ZM-dən, QKTM-dən, radioaktiv toz-lardan və bakterial vasitələrdən qorumaq üçündür.
Ümumqoşun mühafizə komplektinin tərkibinə mühafizə plaşı, mühafizə corabları və əlcəkləri, örtük daxildir. Mühafizə plaşı 5 ölçüdə hazırlanır: 1, 2, 3, 4,
5. Mühafizə plaşının ölçüsü insanın boyuna görə təyin edilir. Komplektə daxil olan yay əlcəkləri (BL-1M) 3 ölçüdə, qış əlcəkləri (BZ-1M) isə 2 ölçüdə hazırlanır.
Mühafizə kombinezonu bir-birinə birləşdirilmiş şalvardan və başlıqlı gödəkçədən ibarətdir. Mühafizə kombinezonu rezin sapoqlar, əlcəklər və şlemaltlığı ilə birlikdə tətbiq olunur. Kombinezon 3 ölçüdə buraxılır.
ZFO-58 süzücü mühafizə paltarı kombinezondan, kişilər üçün alt paltarın-dan (tuman və köynək), iki cüt ayaq sarğısından (parça dolaq) və şlemaltlığından ibarətdir.
Bunlardan başqa, dəri örtüyünün mühafizə vasitəsi kimi, istehsalatda tət-biq edilən iş paltarları, gündəlik geyim kimi istifadə olunan plaşlar, sıx və qalın materiallardan hazırlanmış paltarlar, su keçirməyən örtüklər, rezin və dəri mate-riallardan hazırlanmış əlcəklər, uzunboğaz ayaqqabılar da tətbiq edilə bilər.
0 comments:
Post a Comment