Monday, August 6, 2018

Kimyəvi təhlükəli obyektlərdə qəzalar


Zədələnməsi, yaxud dağılması nəticəsində kimyəvi təhlükəli maddələrin ətraf mühitə çıxımı baş verə biləcək obyektlər kimyəvi təhlükəli obyektlər adlanırlar.
Kimyəvi qəza - istehsalatda texnoloji prosesin pozulması, boru kəmərlərinin, tutumların, anbarların, nəqliyyat vasitələrinin zədələnməsi, dağılması nəticəsində kimyəvi təhlükəli maddələrin insan həyatı və sağlamlığı, biosfera üçün təhlükə kəsb edən miqdarda atmosferə yayılmasıdır. Obyektin kimyəvi təhlükəliliyinin qiymətləndirilməsi üçün kriteriya kimi mümkün kimyəvi zəhərlənmə zonasına düşən əhalinin sayından istifadə olunur.
Kimyəvi təhlükəlilik dərəcəsinə görə kimyəvi təhlükəli obyektləri 4 kateqoriyaya bölürlər:
I · mümkün kimyəvi zəhərlənmə zonasında ola biləcək insanların sayı 75 min nəfərdən çoxdur;
II · mümkün zəhərlənmə zonasında ola biləcək insanların sayı 40 nıin nəfərdən 75 min nəfərə qədərdir;
III · mümkün zəhərlənmə zonasında ola biləcək insan– ların sayı 40 min nəfərdən azdır;
IV · mümkün zəhərlənmə zonası obyektin və ya onun sanitar–mühafızə zonasının sərhədlərindən kənara çıxmır.
Mümkün zəhərlənmə zonası diametri zəhərli hava buludunun təhlükəli qatılıqda (hədd qatıhğında) maksimal ya– yılma dərinliyinə bərabər olan dairə şəklində olur. Yayılma miqyasına görə kimyəvi təhlükəli obyektlər– dəki qəzalar aşağıdakı növlərə bölünürlər:
1. Qeyri–tipik qəzalar · QKTM çıxımı baş verməyib və ya cüzi miqdarda olub.
2. Obyekt növlü qəzalar · texnoloji qurğulardan və ya boru kəmərlərindən QKTM-in çıxınn baş verib və hədd zonasının dərinliyi müəssisənin sanitar-mühafızə zonasının radiusundan kiçikdir.
3. Yerli qəzalar ··· böyük həcmli QKTM tutumunun, yaxud QKTM ambarının dağılması ilə əlaqədar olan qəza– lardır. Zəhərli hava buludları yaşayış məntəqələrinə çatır (yaxın yaşayış rayonlarından əhali köçürülür və digər lazımi tədbirlər görülür).
4. Regional qəzalar əhəmiyyətli dərəcədə QKTM çı– xımı ilə nəticələnən qəzalardır. Zəhərli havanın yaşayış rayonlarının dərinliyinə yayılması müşahidə olunur.
5. Qlobal qəzalar ·kimya təhlükəli böyük obyektlərdə bütün QKTM ambarlarının tamamilə dağılması. Belə hadi· sələr, əsasən təbii fəlakətlər, diversiya, nüvə və digər silahla· rm tətbiqi nəticəsində baş verir.
Bunlardan savayı, QKTM çıxımı' ilə müşahidə olunan qəzalar baş verməsi növünə (istehlalat qəzaları; nəqliyyat qəzaları), QKTM-lərin çıxma mənbəyinə (istehsalatda, emalında və saxlanılmasında; nəqliyyatda; qəza nəticəsində baş verən kimyəvi reaksiyalarda; kimyəvi sursatların qəzasında) və s. əlamətlərinə görə də təsnif olunurlar. Müəyyən bir miqdarında insanlara, bitkilərə və heyvanlara müxtəlif dərəcəli zərərlər yetirə bilən maddələr kimyəvi təhlükəli maddələr (KTM-lər) adlanırlar. KTM-lər orqanizmə tənəffüs üzvləri, qida məhsulları və su vasitəsilə, dəridən keçməklə daxil ola bilərlər. KTM-lə zəhərlənmə yerli və ümumi xarakterli ola bilər. Yerli təsirdə toksiki effekt (orqanizmdə müəyyən dəyi– şiklərin baş verməsi) KTM-in orqanizmin toxumaları ilə kontaktda olduğu yerlərdə baş verir (dərinin zədələnməsi, tənəffüs üzvlərinin qıcıqlanması, görmənin pisləşməsi və s.). Ümumi təsirdə isə toksiki effekt KTM tənəffüs üzvləri, dəri örtüyü və həzm üzvləri (mədə–bağırsaq) vasitəsilə qana keçdikdə müşahidə olunur. KTM-in orqanizmdə müəyyən toksiki effekt yaradan miqdarı toksiki doza ( toksodoza ) adlanır. KTM orqanizmə inqalyasiya yolu ilə (tənəffüs üzvləri vasitəsilə) daxil olduqda toksodoza (inqalyasiya doksodozası) KTM-in havada vaxta görə orta qatılığının (C, mq/l və ya mq/m3) onun təsir müddətinə (1:, dəq) olan hasilinə bərabərdir (C t, mq· dəq/l, yaxud mq· dəq/m3). KTMin dəridən keçməklə təsirində toksodoza dəriyə düşmüş maye KTM–in müəyyən zəhərlənmə effekti törədən kütləsinə bərabərdir. KTM-in toksiki təsirini xarakterizə etmək üçün öldürücü (L), dözülməz (I), hədd (P) toksodozalarmdan istifadə olunur. Bəzi KTM–lərin hədd toksodozalarının qiyməti C.2.40·da verilib. KTM inqalyasiya yolu ilə təsir etdikdə öldürücü tok-· sodoza ·– LCt, dözülməz toksodoza ·ICr, hədd toksodozası isə PCr ilə qeyd edilir. KTM-in tənəffüs üzvləri vasitəsilə toksiki təsirini xarakterizə etmək üçün orta öldürücü (LCtşo, zəhərlənənlərin 50 %·i ölür), orta dözülməz (IC'cso, zəhərlənənlərin 50 %»i sıradan çıxır) və orta hədd (PC'E50, zəhərlənənlərin 50 %·ində zəhərlənmə əlamətləri müşahidə olunur) toksodozalarındın istifadə olunur. KTM dəri örtüyündən keçməklə təsir etdikdə: toksodo– za D, öldürücü doksodoza LD, dözülməz toksodoza ID, hədd toksodozası PD, orta öldürücü doksodoza LDso, orta dözülməz toksodoza IDso, orta hədd toksodozası ısə PDso ilə ifadə olunur və mq/sm2, mq/m2, q/sm2, q/m2, mq/kq ölçü vahidləri ilə ölçülür. KTM-lərin ətraf mühitə yayılması KTM olan tutumların, texnoloji qurğuların, boruların, nəqliyyat vasitələrinin zədələnməsi və dağılması nəticəsində baş verə bilər. KTM– lər partlayış və yanğın nəticəsində də yarana bilərlər.
Qəza nəticəsində ətraf mühitə yayıhnaqla kütləvi zəhərlənməyə səbəb ola bilən KTM-lər qəza-kimyəvi təhlükəli maddələr (QKTM-lər) adlanırlar. Hal hazırda sənayedə və kənd təsərrüfatında on minlərlə kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrdən bir çoxu yüksək toksiki xassəyə malik olub, bütün canlı aləmin həyatı üçün böyük təhlükə kəsb edir. QKTM–lər müəssisələrdə xammal, aralıq, əlavə və son məhsul şəklində ola bilərlər. Bundan başqa, QKTM–lərdən müəssisələrdə həlledici, deqazasiya və dezinfeksiya maddələri kimi istifadə oluna bilər. QKTM–lər həmçinin, böyük bir miqdarda anbarlarda saxlanılır, nəqliyyat vasitələri ilə daşınırlar. İnsan orqanizminə təsir dərəcəsinə görə QKTM-ləri 4 sinfə bölürlər: I ·– fövqəladə təhlükəli; II ·yüksək təhlükəli; III mülayim təhlükəli; IV ·az təhlükəli.

0 comments:

Post a Comment