Ətraf
mühitin radioaktiv maddələrlə çirklənməsinin əsas mənbələri tərkibində
radioaktiv maddələr olan xammalları çıxaran, saxlayan, emal edən müəssisələr,
atom elektrik stansiyaları, radiokimyəvi zavodlar, elmi-tədqiqat institutları və
s. obyektlərdir.
Qəza
və ya dağılmaları nəticəsində ətraf mühitin radioaktiv zəhərlənməsi,
insanların, heyvanların, bitkilərin, obyektlərin və ətraf mühitin ionlaşdırıcı
şüalanmaya məruz qalması baş verə bləcək obyektlər (radioaktiv maddələrin
saxlanıldığı, emal və istifadə edildiyi, daşındığı və s.) radiasiya təhlükəli
obyektlər adlanır.
Radiasiya
təhlükəli obyektlərin potensial təhlükə dərəcəsi onlarda baş verə biləcək
radiasiya qəzalarının əhaliyə mümkün radiasiya təsiri ilə xarakterizə olunur.
Potensial
radiasiya təhlükəsinə görə radiasiya təhlükəli obyektlər 4 kateqoriyaya
bölünürlər:
–
birinci kateqoriya –
qəza nəticəsində insanlara radiasiya təsiri mümkündür və mühafızə tədbirlərinin
yerinə yetirihnəsi tələb oluna bilər;
–ikinci
kateqoriya –
qəza nəticəsində radiasiya təsiri sanitar-mühafizə zonasının sərhədlərindən kənara
çıxmır;
–üçüncü
kateqoriya – qəza nəticəsində radiasiya təsiri obyektin ərazisi ilə məhdudlaşır;
–dördüncü
kateqoriya – qəza nəticəsində radiasiya təsiri şüalanma mənbələri ilə iş
aparılan qapalı yerlərdən (otaqlardan, binalardan) kənara çıxmır.
Radiasiya
obyektlərinin kateqoriyası radiasiya təhlükəsizliyinin təmin olunması sahəsinə
aid olan dövlət nəzarət orqanları ilə razılaşdırılmaqla layihələndirilmə mərhələsində
həyata keçirilir. Fəaliyyətdə olan radiasiya obyektlərinin kateqoriyası isə
dövlət sanitar-epidemioloji orqanları ilə razılaşdırılmaqla obyektin adminstrasiyası
tərəfindən təyin olunur.
Radiasiya
şəraiti dedikdə, yerin, havanın, suyun, texnikanın, müxtəlif obyektlərin
radioaktiv tozla zəhərlənməsi nəticəsində əmələ gəlmiş şərait başa düşülür.
Radiasiya
şəraiti nüvə silahının tətbiqi, atom elektrik stansiyalarında və radioaktiv
maddələrlə əlaqədar olan digər obyektlərdə radioaktiv maddələrin çıxımı ilə
müşahidə olunan qəzaların baş verməsi nəticəsində yaranır.
Radiasiya
şəraiti radioaktiv zəhərlənməyə məruz qalmış ərazinin miqyası (radioaktiv zəhərlənmə
zonalarının eni və uzunu) və zəhərlənmə dərəcəsi (radiasiya səviyyəsi) ilə
xarakterizə olunur.
Radiasiya
şəraitinin qiymətləndirilməsi dedikdə, radioaktiv zəhərlənmənin obyektlərin, MM
qüvvələrinin və əhalinin fəaliyyətinə təsirini təyin edən əsas tapşırıqların həlli
başa düşülür.
Radiasiya
şəraitinin qiymətləndirilməsində əsas məqsəd radiasiya şəraitinin insanların fəaliyyətinə
təsirini və radiasiyadan mühafızə tədbirlərini müəyyənləşdirməkdən ibarətdir.
Radiasiya
şəraitinin qiymətləndirilməsi iki üsulla: proqnozlaşdırma və kəşfiyyat üsulu ilə
həyata keçirilir. Hər iki üsulda qiymətləndirmə iki mərhəldə həyata keçirilir:
birinci mərhələdə radiasiya şəraiti aşkar edilir, ikinci mərhələdə isə qiymətləndirilir.
Proqnozlaşdırma
üsulu ilə radiasiya şəraitinin aşkarı və qiymətləndirilməsi radioaktiv zəhərlənmənin
obyektlərin, MM qüvvələrinin və əhalinin fəaliyyətinə təsirini təxmini təyin
etmək imkanı verir. Proqnozlaşdırma nüvə partlayışın-· dan (AES qəzasından və
s.) əvvəl (əvvəlcədən proqnozlaş– dırma üsulu), yaxud partlayışdan (qəzadan) dərhal
sonra (Operativ proqnozlaşdırma üsulu) həyata keçirilir.
Proqnozlaşdırma
üsulu ilə radiasiya şəraitinin qiymət–· ləndirilməsi yuxarı (şəhər, rayon,
respublika) MM qərargahlarında həyata keçirilir. Obyektin MM qərargahında
radiasiya şəraiti adətən, kəşfiyyat vasitəsilə aşkar edilir və kəşfiyyat məlumatları
əsasında qiymətləndirilir. Bununla yanaşı, yuxarı qərargahlardan alınan
proqnozlaşdırma nəticələrindən də istifadə olunur.
Radiasiya
şəraitinin kəşfiyyat vasitəsilə aşkar edilməsi yerin və müxtəlif obyektlərin səthinin,
atmosferin radioalo tiv zəhərlənmə dərəcəsinin təyin olunmasından ibarətdir.
Kəşfiyyat vasitəsilə, yəni yer səthinin müxtəlif nöqtələ·· rində (yerləşmə
rayonlarında, hərəkət marşrutlarında, obyektlərdə və s.) şüalanma dozası
gücünün ölçülməsi ilə aşkar edilmiş radiasiya şəraiti faktiki radiasiya şəraiti
adlanır.
0 comments:
Post a Comment