Thursday, August 30, 2018

Kütləvi qırğın silahları


                               
Hərdi xarakterli FH-lar, əsasən, kütləvi qırğın silahlarının tətbiqi nəticəsində yaranır. Kütləvi qırğın silahlarına nüvə silahı, kimyəvi bakterioloji (bioloji) silahlar aiddir.

Nüvə  silahı

Nüvə silahı zəncirvari reaksiyalarda izotopların nüvələrinin çevrilməsi nəticəsində ayrılan enerjiyə əsaslanan kütləvi qırğın silahıdır. Enerji nüvələrin bölünmə və sintez reaksiyalarında ayrılır.
Nüvə sursatlarının gücü ayrılan enerjinin miqdarı ilə təyin edilir trotil ekvivalenti ilə ifadə olunur.
Trotil ekvivalenti - trotilin elə miqdarıdır ki, onun partlayışının enerjisi göstərilən nüvə partlayışının enerjisinə bərabərdir.
Nüvə sursatları güclərinə görə 5 qrupa bölünürlər:
1.  Ən kiçik güclü – gücü 1kt-dan az olan sursatlar.
2.  Kiçik güclü  gücü 1-10 kt olan sursatlar.
3.  Orta güclü  gücü 10-100 kt olan sursatlar.
4.  Böyük güclü  gücü 100 kt-dan 1Mt-a qədər olan sursatlar.
5.  Çox böyük güclü – gücü 1Mt-dan çox olan sursatlar.
Nüvə partlayışı radioaktiv izotopların nüvələrinin çevrilməsində ayrılan enerji nəticəsində baş verən partlayışdır.
Nüvə partlayışları yerüstü, yeraltı, suüstü, sualtı, hava və yüksəklik nüvə partlayışlarına bölünürlər.
Yerüstü hava nüvə partlayışlarının əsas zədələyici amilləri – zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsudur.

Hava rbə dalğası
Hava zərbə dalğası səs sürətindən yüksək sürətlə yayılan sıxılmış hava kütləsidir. Sıxılmış həcmin ön səthi zərbə dalğasının ön cəbhəsi adlanır.
Zərbə dalğasının əsas parametrləri izafi təzyiq (), sürət təzyiqi (), dalğanın təsir vaxtı () və zərbə dalğasının ön cəbhəsinin sürətidir (Vf). 
rbə dalğasının ön cəbhəsində müşahidə olunan təzyiqin maksimal qiyməti ilə atmosfer təzyiqi arasındakı fərq izafi təzyiq adlanır. 
Hava zərbə dalğasının sistemində ölçü vahidi paskal (Pa),  sistemdənxaric ölçü vahidi isə kqq/sm2-dir:
1 kqq/sm2 ≈ 100 kPa.
İzafi təzyiqin qiyməti aşağıdakı formullar vasitəsilə hesablanır:
-     yerüstü nüvə partlayışında:
,  kPa;
-     hava nüvə partlayışında:
,  kPa,
harada - partlayışın gücü, kq; R - partlayışın mərkəzindən (epimərkəzindən) obyektə qədər olan məsafədir, m.
Müəyyən bir qücə malik nüvə part­la­yışının zərbə dalğasının parametrlərini digər bir nüvə partlayışına görə oxşarlıq qanunundan istifadə etməklə təyin etmək olar.  
Nüvə partlayışlarının oxşarlıq qanunu: gücləri q1 və q2 olan iki nüvə partlayışı zamanı zərbə dalğasının eyni izafi təzyiqi partlayış güclərinin nisbətinin kub kökü ilə mütənasib olan R1 və R2 məsafələrində (uyğun olaraq I və II partlayış mərkəzlərindən) müşahidə olunur.
,
əgər, q1 = 1Mt qəbul etsək:  olar.
Zərbə dalğasında havanın hərəkəti güclü külək təzyiqi kimi hiss olunur ki, bu da sürət təzyiqi adlanır.
Havanın sürət təzyiqi () izafi təzyiqin qiymətindən  () asılı olaraq aşağıdakı formulla təyin edilir:
                                       , kPa.

0 comments:

Post a Comment