Xüsusi təmizləmə obyektlərin, qurğuların, texnikanın, mühafizə vasitələri-nin, alətlərin, geyimin
deqazasiyasının, dezaktivizasiyasının, dezinfeksiyasının və insanların sanitar təmizlənməsinin keçirilməsidir.
Deqazasiya – zəhərli maddələrin neytrallaşdırılması, zərərsizləşdirilməsidir.
Dezaktivizasiya – radioaktiv maddələrlə zəhərlənmə dərəcəsinin icazə verilən normaya qədər təmizlənməsidir.
Dezinfeksiya – xəstəlik törədən mikrobların məhv edilməsi, toksinlərin ney-trallaşdırılmasıdır.
Deqazasiya
maddələri: DTS-QK, dixloramin DTX-2 (DT-2), dixloretan, monoetanolamin, ammonium hidrat (ammoniumlu su), SF-2u və s.
Deqazasiya məhlulları: deqazasiya resepturası RDA (fərdi deqazasiya pa-ketinin (İDP-1) tərkibinə daxildir), deqazasiya məhlulları RD-2, DR № 1, DR
№ 2bş, DR № 2aş, dixloraminin 2 %-lı məhlulu, hipoxlorit kalsiumun – suda 1-1,5 %-li məhlulu, SF-2u tozunun suda 0,3 %-li, 0,075 %-li məhlulları. Deqazasiya üçün benzindən, kerosindən, solyarkadan, dixloretandan, spirtdən də istifadə olunur.
Dezaktivizasiya maddələri və məhlulları: SF-2u tozunun suda 0,15 və 0,075 %-li məhlulları (qışda su 20-25 %-li ammonyaklı su ilə əvəz olunur), SN-50
to-zunun suda 1 %-li məhlulu, sabun və digər yuyucu vəsaitlərin suda məhlulları, su, benzin,
kerosin, solyarka, dixloretan və s.
Dezinfeksiya maddələri və məhlulları: DTS-QK-nın (dvetretiosnovnoy soli qipoxlorita kalğüiə) suda suspenziyası və sıyığı, SN-50 tozunun suda məhlulu, deqazasiya məhlulu DR №1, formaldegidin suda məhlulu (formalin), monoxlor-amin B-nin suda məhlulu və s.
Xüsusi təmizləmə qismi və tam olur. Qismi xüsüsi təmizləmə dəstə komandi-rinın əmri ilə tapşırığın yerinə yetirilməsi dayandırılmadan dəstələrin tabeldə olan xüsusi təmizləmə vasitələrindən istifadə etməklə həyata keçirilir.
Tam xüsusi təmizləmə obyektin MM rəisinin əmri ilə tapşırıq yerinə yetiril-dikdən sonra həyata keçirilir.
MM dəstələrində tabelə görə aşağıdakı xüsusi təmizləmə vasitələrindən istifa-də rlunur:
- kimyəvi zəhərlənməyə qarşı fərdi paketlər (İPP-8, İPP-10);
- deqazasiyası komplekti (İDPS-69);
- tozlu deqazasiya paketi (DPP);
- avtotraktor texnikasının xüsusi təmizlənməsi üçün İDK- fərdi komplekti;
- texnikanın xüsusi təmizlənməsi üçün DK-4 avtomobil komplekti;
- texnikanın xüsusi təmizlənməsi və şəxsi heyətin sanitar təmizlənmə kom-plekti (DK-5);
- şəxsi heyətin sanitar təmizlənmə komplekti (KSO).
Texnikanın xüsusi təmizlənməsində
kimya qoşunlarının təmizləmə vəsaitlə-rindən TMS-65 istilik maşını, ARS-14
(ARS-12u, ARS-15) stansiyası, DKV-1, ADDK və DKT-1 komplektləri, paltarların,
ayaqqabıların, fərdi mühafizə vasi-tələrinin və ləvazimatların xüsusi təmizlənməsində
isə AQV-3A (AQV-3U) avto-deqazasiya stansiyası, BU-4M-66 təmizləyici qurğu,
EPAS səyyar avtomobil ekstraksiya stansiyası, DDA-2 (DDA-66) dezinfeksiya-duş
qurğusu və s. texniki vəsaitlər tətbiq olunur.
(RKQM) – ZM-in, QKTM-in,
ionlaş-dırıcı şüalanmanın təsirinin ləğv edilməsinə, yaxud azaldılmasına yönəlmiş təd-birlər kompleksidir.
RKQM
tədbirlər kompleksinə aşağıdakı tədbirlər aiddir:
- RKŞ-nin aşkarı və qiymətləndirilməsi;
- radiasiyadan mühafizə rejimlərinin hazırlanması və
həyata keçirilməsi;
- dozimetrik və kimyəvi nəzarətin təşkili, həyata
keçirilməsi;
- əhalinin tibbi, fərdi və kollektiv mühafizə vasitələri
ilə təmin edilməsi və onlardan istifadə olunması;
- radioaktiv və kimyəvi zəhərlənmənin nəticələrinin
ləğv edilməsi.
Radiasiya
təhlükəsizliyi – əhalinin və ətraf
mühitin şüalanmasını ən aşağı qiymətlərə qədər məhdudlaşdıran və bilavasitə əhali
tərəfindən həyata keçirilən tədbirlər (adminstrativ, texniki, sanitar-gigiena və
s.) kompleksidir.
Radioaktiv zəhərlənmə
zonasında fəaliyyət zamanı əhalinin şüalanmasına və ya normadan artıq
şüalanmasına yol verməmək, istehsalatda məcburi dayan-manı minumuma yendirmək
üçün müəyyən bir iş qaydası (üsulları və vasitələri) tətbiq olunur ki, bu da əhalinin
radiasiyadan mühafizə rejimi adlanır.
Əhalinin mühafizəsi üçün
3 radiasiyadan mühafizə rejimi nəzərdə tutulmuş-dur:
№ 1 – ağac materiallardan
hazırlanmış evlərdən ibarət olan yaşayış məntə-qələrinin (radiasiyanı zəiflətmə
əmsalı Kz=2÷3) əhalisi üçün;
№ 2 – birmərtəbəli daş
binalardan ibarət olan yaşayış məntəqələrinin (Kz=10) əhalisi üçün;
№ 3 – çoxmərtəbəli daş
binalardan ibarət olan yaşayış məntəqələrinin (Kz=20÷30) əhalisi
üçün. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, yaşayış bina-larının zirzəmiləri
radiasiyanı əhəmiyyətli dərəcədə zəiflədirlər.
Hər bir rejim 3 mərhələdən
ibarətdir:
-
1-ci mərhələ – insanlar yalnız mühafizə
qurğularında sığınırlar;
-
2-ci mərhələ – növbə ilə evlərdə və mühafizə
qurğularında sığınma;
-
3-cü mərhələ –
növbə ilə evlərdə və açıq havada (1 saatdan çox olmamaq şərtilə) yerləşmə.
Mərhələlərin davamiyyət
müddəti zonadakı (obyektdəki) radiasiya
səviyyə-sindən, mühafizə qurğusunun radiasiyanı zəiflətmə əmsalından və digər
amillər-dən asılıdır.
Respublikamızda işləməyən
əhali üçün iki, RZ zonasında yerləşən obyekt-lərdə işləyən insanlar üçün dörd,
RZ zonasında fəaliyyət göstərən MM dəstələri-nin şəxsi heyəti üçün bir mühafizə
rejimi təyin edilmişdir. Kənd əhalisi üçün 2 saylı, şəhər (rayon mərkəzləri) əhalisi
üçün isə 3 saylı mühafizə rejimi təyin edil-mişdir.
Radiasiya
və kimyəvi nəzarətdə aşağıdakılar təyin edilir:
- əhalinin şüalanma dozası;
- əhalinin, texnikanın, obyektlərin, qurğuların, avadanlıqların, suyun, qida məhsullarının və s.
zəhərlənmə dərəcəsi;
- xüsusi təmizləmənin həcmi və tamlığı.
MM dəstələrinin şəxsi heyətinin (əhalinin)
şüalanma nəzarəti qrup və ya fərdi üsulla aparılır. Qrup üsulu eyni radiasiya şəraitində
fəaliyyət göstərən şəxsi heyət (əhali) üçün tətbiq olunur.
Fərdi nəzarət komandirlər
(rəislər), həmçinin dəstələrdən ayrı fəaliyyət gös-tərən şəxslər üçün nəzərdə
tutulmuşdur.
Radiasiya
nəzarətinin təşkili aşağıdakılardan ibarətdir:
-
MM qüvvələrinin dozimetrik cihazlarla təchizatı;
-
əhalinin, MM dəstələrinin şəxsi heyətinin
dozimetrlərlə təchizatı;
-
dozimetrlərin göstərişinin vaxtında
çıxarılması;
-
şüalanma dozası haqqında yuxarı
komandanlığa (rəhbərliyə) məlumatın verilməsi;
-
nəticələrin çıxarılması, təkliflərin
verilməsi.
Kimyəvi nəzarət zəhərləyici maddələrlə,
QKTM-lə zəhərlənmiş texnikanın, obyektlərin, suyun, qida məhsullarının, yerin,
havanın, fərdi mühafizə vasitələri-nin, paltarın və s. zəhərlənmə dərəcəsini və
xüsusi təmizlənmənin tamlığını təyin etmək üçün həyata keçirilir. Kimyəvi nəzarət
üçün kimyəvi kəşfiyyat cihazların-dan, səyyar və stasionar laborotoriyalardan
istifadə olunur.
0 comments:
Post a Comment