Sunday, August 5, 2018

Hesab-məntiq qurğusunun funksional sxemi

Hesab-məntiq qurğusunun funksional sxemi aşağıdakı kimidir:

Hesab məntiq qurğusu (HMQ) aşağıdakı qovşaqlardan ibarətdir:
Əməliyyat bloku, operandlar registrləri, əlamətlər registri, akkumulyator.
Əməliyyat bloku (Əməl.B). Əməliyyat bloku HMQ-nin girişinə verilən operandların üzərində hesab və məntiq əməllərini yerinə yetirən hissəsidir. Əməliyyat bloku üçün mümkün əməliyyatlar siyahısından konkret əməliyyatın seçilməsi əmrlər əməliyyatının kodu ilə təyin olunur. Hesablama maşınlarında əməliyyatın kodu bilavasitə əmrlər registrindən daxil olur.
Operandlar registrləri. RX və RY registrləri operandların əməliyyat blokunun girişində saxlanmasını əməliyyatın nəticəsinin alınmasına və yazılmasına qədər təmin edir.      Əlamətlər registri. Məntiqi yaxud hesabi əməliyyatların sonuncu nəticələrini xarakterizə edən əlamətlərin saxlanılması və qeyd edilməsi üçün əlamətlər registri nəzərdə tutulur. 

0 comments:

Post a Comment